“Sabah” onu heyətinə qatdı - VİDEO

19:58 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Hafta.az xəbər verir ki, fransalı futbolçu Yunes Laşaab bundan sonra komandanın uğurları üçün çalışacaq.

21 yaşlı vinger Fransanın “Lill” klubundan bir illik icarəyə götürülüb. Müqaviləyə əsasən, “Sabah” Laşaabın transfer hüququnu özündə saxlayır. 

“Lill” klubunun yetirməsi olan Yunes Laşaab son mövsümdə bu klubun əvəzedici komandasında çıxış edib.